Rüstəm İbrahimbəyovun namizədliyinin təsdiqlənməməsinə kinodramaturq özü və MSK münasibət bildirib

 

 

Rüstəm İbrahimbəyov Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verəcək. Bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında Rüstəm İbrahimbəyov özü bildirib.

 

R. İbrahimbəyov MSK-nın onun namizədliyini qeydə almamasını qeyri-qanuni adlandırıb: “MSK bu barədə düzgün qərar çıxarmayıb. Ona görə də, mən onları məhkəməyə verməyə hazırlaşıram”.

 

MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev isə APA-ya deyib ki, MSK-nın sözügedən qərarı əsassız deyil: “Qərar Azərbaycanın və Rusiyanın rəsmi dövlət qurumlarına göndərilmiş sorğuların rəsmi cavablarına əsasən verilib. Bizim üçün ölkə Konstitusiyası və seçki qanunvericiliyi əsasdır”.

 

1905.az STUDIO
info@azerbaijan-election.net