İndiyədək 37 müşahidəçi MSK-da qeydiyyatdan keçib

“İndiyədək 37 müşahidəçi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O bildirib ki, qeydiyyatdan keçənlərin hamısı yerli müşahidəçilərdir.

M. Pənahov müşahidəçilik üçün müraciətlərin artdığını da qeyd edib: “Onlara vəsiqələr bu günlərdə veriləcək”.

1905.az STUDIO
info@azerbaijan-election.net