AŞ PA-nın müşahidə missiyasının rəhbəri və tərkibi müəyyənləşib

 

 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müşahidə missiyasının rəhbəri və tərkibi müəyyənləşib. Bunu jurnalistlərə AŞ PA-nın yay sessiyasının yekunlarını şərh edərkən Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Seyidov bildirib ki, AŞ PA-nın təqribən 32 nəfərdən ibarət seçki müşahidə missiyası, 7 nəfərdən ibarət isə seçkiöncəsi missiya formalaşacaq.

Onun sözlərinə görə, sessiya çərçivəsində missiyanın rəhbərinin təyin olunması baş tutdu. Bunlar rəsmi olaraq AŞ PA bürosu tərəfindən bir neçə gündən sonra açıqlanacaq: “Büro üzvü kimi bunu açıqlaya bilmərəm. Ancaq büronun iclasında bu məsələlər yekunlaşdı. Bununla bağlı AŞ PA-dakı bütün siyasi qruplar öz namizədlərini verdilər. Bu gün büroda onlar öz namizədlərini təqdim etdilər. O cümlədən, ümumi şəkildə missiyanın rəhbərinin namizədliyi müzakirə olundu. Prosedur qaydalarına görə, seçkiöncəsi missiya seçkilərdən bir ay əvvəl, seçki müşahidə missiyası isə seçkilər müddətində Azərbaycanda olacaq”.

Hafta.az

1905.az STUDIO
info@azerbaijan-election.net