 Azərbaycan MSK çərşənbə günü noyabrın 7-də ölkədə keçirilmiş parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb. Mərkəzi Seçki Komissiyasının iclasında 13 müraciət təqdim olunub. Onlardan 5-nin baxılma müddəti uzadılıb, 5 müraciət vaxtında çatmadığına görə geri qaytarılıb, 2 müraciət təmin olunmayıb, biri isə təxirə salınıb. Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib. Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb. MSK seçkilərin ilkin nəticələrini açıqlayıb. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. trend
|