 Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, Məzahir Pənahovun sədrlik etdiyi iclasda noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı MSK-yaa daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən beşində tələb aydın olmadığından, üçü isə qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə qaytarılıb, biri aidiyyəti üzrə araşdırılmaq üçün müvafiq dairə seçki komissiyasına göndərilib, digərlərinin araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilib. Komissiyanın iclasında cari məsələlərə də baxılıb. APA
|