 “Seçkilərdə barmaqların boyanması üsulu ləğv olunmalıdır. Bu, ədəbsizlikdir”. Bunu MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri Svetlana Orlova jurnalistlərlə görüşündə deyib. O bildirib ki, rəhbərlik etdiyi müşahidə missiyası 30 nəfərdən ibarətdir və artıq 50-yə yaxın seçki məntəqəsində (Bakı və regionlarda) olublar. Günün sonuna kimi müşahidə aparılan seçki məntəqələrinin sayı 100-ə çatmalıdır. S. Orlova AŞPA müşahidə missiyasının rəhbəri Pol Villi ilə görüşdüyünü də söyləyib. Tərəflər seçkilərin monitorinqi mexanizmi sahəsində təcrübə mübadiləsi aparmağı qərara alıblar. MDB Parlamentlərarası Assambleyasının baş katibi Mixail Krotov isə seçkilərin sakit və demokratik şəraitdə keçirildiyini vurğulayıb. apa
|