 7 noyabr Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin “115” saylı “qaynar xətt” telefonuna 50-yə yaxın müraciət daxil olub. Bu barədə MSK-nın şöbə müdiri Rövzət Qasımov məlumat verib. O bildirib ki, müraciətlərin heç biri şikayət xarakterli deyil. Müraciətlər əsasən texniki xarakterli suallarla (seçki məntəqələrinin ünvanları, seçici siyahıları və s.) əlaqədar olub. Qeyd edək ki, seçkilərdə 125 deputat mandatı uğrunda 690 deputatlığa namizəd mübarizə aparır. apa
|