 “Biz bu gün bir sıra seçki məntəqələrində olduq, həmçinin səhər saat 08.00-da məntəqələrdən birinin açılışında iştirak etdik. Ən çox xoşumuza gələn insanların səsvermə prosesində aktiv iştirakı oldu”.Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində “Seçkilər” İnformasiya Mərkəzində olarkən jurnalistlərə açıqlama verən Kanada Senatının üzvü Konsilio Di Nino deyib. O, seçkini izləyən müşahidəçilərin sayının da çox olduğunu vurğulayıb: “Biz bu qədər müşahidəçinin olacağını gözləmirdik”. Kanadalı senator müşahidələri zamanı prosesin normal getdiyini, yalnız bəzi anlaşılmazlıq halları ilə rastlaşdığını bildirib: “Hansı ki, bunlar bütün seçki proseslərində baş verir”. MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinə gələn digər beynəlxalq müşahidəçi - Hollandiya parlamentinin milliyyətcə türk olan üzvü Coşkun Çoruz da seçki prosesinin normal və qaydalara uyğun davam etdiyini vurğulayıb. apa
|