 Azərbaycanda parlament seçkilərində seçici fəallığı yerli vaxtla 15:00-a 37,96 faiz (1 877 517 seçici) təşkil edir. Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyası (MSK) yanında "Seçkilər" İnformasiya Mərkəzindən məlumat verilib. Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. MSK-nın rəsmi məlumatına görə, parlament seçkilərində 690 namizəd mübarizə aparır. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. MSK səsvermənin gedişi barədə məlumatı 17:00 və 19:00-da da verəcək. trend
|