 55 saylı Xaçmaz Seçki Dairəsinin 11 saylı seçki məntəqəsinə seçkidən əvvəl 38 vətəndaş səhhəti ilə əlaqədar seçki məntəqələrinə gələ bilməyəcəyini bildirib. 11 saylı seçki məntəqəsinin sədri Nəriman Babayevin bu gün günorta saatlarında müşahidəçilərin iştirakı ilə həmin vətəndaşların yaşadığı ünvanlara daşınan seçki qutusu və bülleten aparılıb, onlar səsvermə hüququndan istifadə ediblər. apa
|