Azərbaycan     English     Русский   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Dekabr 2009 (12)
Noyabr 2009 (11)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (3)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyr
Bilmirəm

Seçki Məcəlləsinə dəyişikliklər bələdiyyə seçkilərinə kimi mümkün olmayacaq
"Siyasi partiyalar haqqında" qanuna və Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi bələdiyyə seçkilərinə qədər mümkün olmayacaq. Bu barədə qəzetimizə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məlumat verdi. O qeyd etdi ki, bir müddət öncə işini başa vurmuş parlamentin növbədənkənar sessiyası zamanı təmsilçisi olduğu YAP adından "Siyasi partiyalar haqqında" qanunun dəyişdirilməsi təklifi ilə çıxış edib. O cümlədən parlamentin növbədənkənar sessiyasının sonuncu iclaslarından birində də bu məsələni yenidən gündəmə gətirib: "Bu məsələni gündəmə gətirməkdə də məqsədimiz o idi ki, ən azı növbəti bələdiyyə seçkilərinə kimi sözügedən qanuna baxılsın, orada müəyyən dəyişikliklər edilsin. Eyni zamanda, biz istəyirik ki, Seçki Məcəlləsinə də bələdiyyə seçkiləri ilə bağlı müəyyən dəyişikliklər olunsun. Ancaq özünüz də bildiyiniz kimi, parlamentin növbəti payız sessiyası ilə bələdiyyə seçkiləri təxminən eyni vaxta təsadüf edir. Ona görə istər "Siyasi partiyalar haqqında" qanuna, istərsə də Seçki Məcəlləsinə dəyişiklikləri bələdiyyə seçkilərinə kimi reallaşdırmaq mümkün olmayacaq". S.Novruzov dedi ki, müvafiq Seçki Məcəlləsi ilə bələdiyyə seçkilərinə rəsmi hazırlığa seçki gününə 75 gün qalmış icazə verilir. Yəni bələdiyyə seçkilərinə hazırlığa rəsmi start verilməsi sentyabrın sonları, oktyabrın əvvəllərinə təsadüf edir. Parlamentin payız sessiyası isə oktyabrın 1-də başlayacaq. Odur ki, ən azı Seçki Məcəlləsinə nəzərdə tutulan dəyişiklikləri bələdiyyə seçkilərinə kimi reallaşdırmaq mümkün olmayacaq: "Bununla belə, güman edirəm ki, payız sessiyasının gedişatı zamanı həm Seçki Məcəlləsinə dəyişikliklərə, həm də "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərə baxmaq və onları reallaşdırmaq olar. Bir sözlə, qarşıdan gələn parlament seçkilərinə "Siyasi partiyalar haqqında" yeniləşdirilmiş qanunla getmək mümkündür".
Məqamı düşmüşkən, görəsən, bir millət vəkili və YAP yetkilisi olaraq S.Novruzov şəxsən "Siyasi partiyalar haqqında" qanunu necə görür? Millət vəkilinin qeyd etdiyinə görə, "Siyasi partiyalar haqqında" qanunda çox böyük blok dəyişikliklər olmalıdır. Özü də orada tək bir dəyişiklikdən söhbət getməməlidir. Orada edilməli olan çoxlu dəyişiklik var ki, əslində, onları da bir neçə qrupa bölmək olar: "Məsələn, siyasi partiyaların qeydiyyatdankeçmə prosedurundan tutmuş onların fəaliyyətinə, dövlət tərəfindən maliyyələşdirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlığa, onlarda təmsilçilik məsələsinə və digər məsələlərə qədər bütün məqamlar dəyişikliklərdə mütləq nəzərə alınmalı və reallaşdırılmalıdır. Məhz bu baxımdan, biz YAP olaraq belə hesab edirik ki, "Siyasi partiyalar haqqında" mövcud qanuna ciddi dəyişikliklər edilməli, hətta lazım gələrsə, qanun bütövlükdə yeniləşdirilməlidir. Bu dəyişikliklərin edilməsi, təkmilləşdirilmənin aparılması olduqca vacibdir və zəruridir".
Yuxarıda da qeyd olunduğu kimi, qarşıdan növbəti bələdiyyə və onun ardınca 2010-cu il növbəti parlament seçkiləri gəlir. Bu baxımdan, YAP-ı bu seçkilərə tam hazır hesab etmək olarmı? S.Novruzovun sözlərinə görə, YAP hər iki seçkiyə, xüsusilə bələdiyyə seçkilərinə - seçkilərə hazırlığa rəsmi start verilməsə belə - tam hazırdır. YAP özünün Proqram və Nizamnaməsinə uyğun olaraq bələdiyyə seçkilərinə hazırlıqla bağlı lazım olan bütün işləri görüb. Yəni bu yöndə müvafiq müşavirə keçirilib, bununla bağlı partiyanın İdarə Heyətinin müvafiq qərarı verilib. Həmçinin yerlərdə müvafiq seçki qərargahları yaradılıb və onların üzvləri artıq fəaliyyət göstərməkdədirlər: "Bununla yanaşı, biz ümumiləşdirilmiş şəkildə şüarlarımızı və seçki proqramımızı işləməkdəyik, hazırda bunların üzərində iş aparılır. Bələdiyyə seçkilərinin rəsmi hazırlığı çərçivəsində, qanunun müəyyən etdiyi zamanda biz həmin seçki proqramımızı və əsas istiqamətlər üzrə şüarlarımızı bəyan edərək bu yöndə lazımi təşviqat işlərini də quracağıq".
/kaspi.az/
Tarix: 20 Avqust 2009   |  Oxunub: 107 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
09/10/2009 YENİ AZƏRBAYCAN PARTİYASI ASTARA RAYON TƏŞKİLATI BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ CİDDİ HAZIRLAŞIR
09/10/2009 MSK: Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək
15/09/2009 Venesiya Komissiyası Seçki Məcəlləsinə dəyişikliklər üzərində işləməyə hazırdır
">"">
24/08/2009 PARTİYALAR BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ NEÇƏ NAMİZƏDLƏ QATILAÇAQ?
20/08/2009 Seçki Məcəlləsinə dəyişikliklər bələdiyyə seçkilərinə kimi mümkün olmayacaq
14/07/2009 Sayt
">"">
03/06/2009 Cənubi Osetiyada ilk parlament seçkiləri keçirilib
">"">
03/06/2009 BÖYÜK QURULUŞ PARTİYASI BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ QATILACAQ
">"">
03/06/2009 "Bələdiyyələrin birləşməsi haqqında" qanun layihəsini qəbul olunub
">"">
29/05/2009 Venesiya Komissiyasının hesabatı açıqlandı
">"">
22/05/2009 HAZIRLANMIŞ TƏKLİFLƏR PAKETİ İLƏ BURADA TANIŞ OLA BİRLƏRSİNİZ
">"">
22/05/2009 “ SEÇKİ MƏCƏLLƏSİ”NƏ DƏYİŞİKLİKLƏRLƏ BAĞLI TƏKLİFLƏR PAKETİ HAZIRLANIB
">"">
27/02/2009 Təşviqat qrupları seçicilərlə qapalı zallarda görüşlərə başlayacaq
27/02/2009 MSK müxalifətçi təşviqat qruplarının vəkillərini və səlahiyyətli nümayəndələrini təsdiqləyib
27/02/2009 Seçki komissiyalarında 11 min 230 müşahidəçi qeydə alınıb
27/02/2009 Beynəlxalq təşkilat Azərbaycanda referendumun gedişini müşahidə edəcək
27/02/2009 10 siyasi partiya Ermənistanın hərbi təcavüzü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
19/02/2009 Referendumla bağlı təbliğat aparacaq təşviqat qruplarının hər birinə 23 min manat vəsait ayrılacaq
19/02/2009 YAP müxalifət qüvvələrini qanunvericiliyə uyğun təbliğat kampaniyası aparmağa çağırır
19/02/2009 Müxalifətin referendumla bağlı təsis edilən təşviqat qrupu pulsuz efir vaxtının az ayrılmasına etiraz edir
19/02/2009 Ödənişsiz efir vaxtı təklif olunan əlavə və dəyişikliyin müzakirəsi üçün ayrılıb
28/10/2008 Prezidentliyə keçmiş namizədlər Hafiz Hacıyev və Fuad Əliyev arasında görüş keçirilib
28/10/2008 Bəyanat: ADP İlham Əliyevin prezident seçilməsi faktını qəbul edir
28/10/2008 Azərbaycan müxalifətində yeni siyasi qüvvəyə ehtiyac var - baş redaktor
28/10/2008 Azərbaycan müxalifətinin geniş koalisiyasının yaranması ətrafında qalmaqal yaranıb
28/10/2008 Azərbaycanın müxalifət partiyası Avropa Məhkəməsinə müraciət edib
27/10/2008 Azərbaycanın radikal mövqe tutan müxalifət partiyaları cəmiyyətdən təcrid olunublar -vitse-spiker
27/10/2008 Azərbaycan prezidentliyinə keçmiş namizədlərin birliyi yeni müxalifət adına iddialıdır
27/10/2008 Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı Ali Məhkəməyə şikayət edib
27/10/2008 Prezidentliyə keçmiş namizədlər məhkəməyə müraciət edəcəklər
27/10/2008 Böyük Quruluş Partiyası blok yaratmaq məsələsini müzakirə edəcək
27/10/2008 Prezidentliyə namizədlər MSK-ya maliyyə hesabatı təqdim edəcək
25/10/2008 Azərbaycan hökuməti istefaya gedib
24/10/2008 Yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyev and içib
24/10/2008 MSK Avropa İttifaqının prezident seçkiləri ilə bağlı bəyanatına cavab verib
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net