|
Deputat Fazil Mustafanın rəhbərlik etdiyi Böyük Quruluş Partiyası Ali Məclisinin toplantısı keçirilib. BQP-dən verilən məlumata görə, toplantıda bir neçə qərar qəbul edib. Birinci qərar BQP-nin Neftçala rayon təşkilatının qeydə alınması və təşkilat sədr Davud Ağalarovun Ali Məclisin üzvü kimi səlahiyyətinin təsdiqlənməsi olub. Ali Məclis BQP-nin 2009-cu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində iştirakını məqsədəuyğun hesab etmək haqda da qərar qəbul edib. Partiyanın yerli təşkilatlarına tapşırılıb ki, bələdiyyə seçkilərində iştirak edəcək namizədləri müəyyənləşdirsinlər və onların siyahısını mərkəzi qərargaha təqdim etsinlər.
|