 Martın 18-də keçiriləcək referendumla bağlı indiyə qədər seçki komissiyalarında 11 min 230 müşahidəçi qeydə alınıb. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. Müşahidəçilərin 566-sı MSK-da, 10 min 664-ü isə dairə seçki komissiyalarında qeydiyyata alınıb. MSK-da qeydiyyatdan keçən müşahidəçilər ölkə ərazisindəki istənilən seçki məntəqəsində, DSK-lara müraciət edən müşahidəçilər isə həmin DSK-nın ərazisindəki seçki məntəqələrində müşahidə apara biləcəklər./APA/
|