Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Avqust 2010 (70)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (11)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (3)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

10 siyasi partiya Ermənistanın hərbi təcavüzü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Azərbaycanın 10 siyasi partiyası Ermənistanın Azərbaycan qarşı hərbi təcavüzü və Qarabağın işğal edilməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına, Avropa Parlamentinə, ATƏT-ə, AŞ PA-ya, ABŞ prezidenti Barak Obamaya, Rusiya prezidenti Dimitri Medvedevə, Fransa prezidenti Nikola Sarkoziyə və Azərbaycandakı xarici ölkə səfirliklərinə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Ermənistan Rusiya hərbi hissələrinin köməyi ilə həyata keçirdiyi irimiqyaslı hərbi əməliyyatlar nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonunu işğal edib, eyni zamanda həmin ərazilərdə etnik təmizləmə həyata keçirib, 1 milyondan artıq azərbaycanlını ev-eşiyindən didərgin salıb. Bununla bağlı BMT Təhlükəsizlik Şurası 1993-cü ildə erməni silahlı birləşmələrinin dərhal və qeyd-şərtsiz olaraq işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması haqqında 4 qətnamə qəbul edib. Lakin bu qətnamələr indiyədək icra olunmayıb.
Müraciətdə ATƏT-in Minsk qrupunun fəaliyyəti də tənqid olunub: “ATƏT-in Minsk qrupunun həmsədrləri ikili standartlardan və ermənipərəst mövqedən çıxış edərək Ermənistanı işğalçı dövlət kimi tanımaqdan imtina edir. Təqdim etdikləri “baza prinsipləri” layihəsində Azərbaycanın haqlı tələblərini kifayət qədər müdafiə etmir, Dağlıq Qarabağın statusunun bölgədə referendum keçirilməsi yolu ilə müəyyən olunmasına dair ədalətsiz təkliflər verirlər”.
Müraciətdə probleminin ədalətli həlli məqsədilə təkliflər də əksini tapıb:
- Münaqişənin həlli üçün BMT-nin problemlə bağlı 5 qətnaməsi icra edilsin;
- Ermənistan hərbi birləşmələri Azərbaycan ərazilərindən çıxarılsın, məcburi köçkünlər öz evlərinə qayıtsın;
- Azərbaycanda sülhməramlı qoşunlar adı altında xarici ölkələrin hərbi birləşmələri yerləşdirilməsin;
- Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edilsin;
- Ermənistan təcavüzkar hərəkətlərinə görə təzminat ödəsin;
- Beynəlxalq təşkilatlar və BMT Təhlükəsizlik Şurası Ermənistanı təcavüzkar dövlət kimi tanısın.
Müraciət Vahid Azərbaycan Milli Birlik, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Təkamül, Sosial Ədalət, Xalq, Azərbaycan Milli İstiqlal, Vəhdət və Vətəndaş Həmrəyliyi partiyalarının sədrləri tərəfindən imzalanıb./APA/
Tarix: 27 Fevral 2009   |  Oxunub: 227 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
31/08/2010 Parlament seçkilərində “Seçkilər” Dövlət İnformasiya Sistemindən istifadə ediləcək
31/08/2010 Azərbaycanın müxalif partiyaları daha beş seçki dairəsi üzrə razılıq əldə ediblər
31/08/2010 SAM parlament seçkilərinə dair təhlili arayışlar hazırlayır
31/08/2010 “Qarabağ”da 9 seçki dairəsi qaldı
31/08/2010 Etibar Məmmədov hələ fikirləşir, sədr qərarını verib
31/08/2010 62 məntəqə yeni otaqlarla təmin olunacaq, 1076-da isə təmir işləri aparılacaqdır
31/08/2010 Müsavat Partiyası daha iki dairədə AXCP-yə güzəştə gedib
30/08/2010 Azərbaycanın Mərkəzi Seçki Komissiyası regionlarda kurslara başlayacaq
30/08/2010 AŞ PA-nın müşahidəçi missiyası Azərbaycana oktyabrın ikinci yarısında səfər edəcək
30/08/2010 “İslahat” seçki blokunun yaradılmasına dair niyyət protokolu imzalanıb
30/08/2010 Seçkilərlə maraqlanan beynəlxalq qurumların mütərəqqi, konstruktiv fikirləri təqdir olunur
30/08/2010 Azərbaycanda daha bir seçki bloku yaradılıb
30/08/2010 Azərbaycanın müxalifət blokuna daha bir partiya qoşulub
30/08/2010 Azərbaycanın iqtidaryönlü partiyası seçkilərə blok şəklində getmək istəyir
30/08/2010 MSK ATƏT və seçkilərlə maraqlanan digər beynəlxalq təşkilatların fəaliyyətini həmişə izləyir
27/08/2010 Aydınlar Partiyası “Qarabağ” Seçki Blokuna daxil olmaq istəyir
27/08/2010 MSK-nın kurslarında iştirak etmiş DSK sədrlərinə sertifikatlar təqdim olunub
27/08/2010 “deputat.az” portalı fəaliyyətə başlayıb
27/08/2010 DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir
27/08/2010 Seçkilərin demokrartik keçirilməsi üçün polis üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək
27/08/2010 YAP ATƏT-in Bakı ofisinin seçkilərlə bağlı tövsiyələrinə mövqeyini açıqlayıb
27/08/2010 Azərbaycanda müxalif “Qarabağ” blokunun qərargahı yaradılıb
27/08/2010 MDB-nin PA Parlament seçkilərini müşahidə etməyə hazırlaşır
26/08/2010 ATƏT-in Bakı Ofisi parlament seçkilərinin işıqlandırılmasına dair tövsiyələr hazırlayıb
26/08/2010 DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir
26/08/2010 Sual-cavab
26/08/2010 Seçki komissiyalarının formalaşdırılmasında müxtəlif ölkələrin təcrübəsi
26/08/2010 Müsəlman Şərqinin ilk parlamentinin vətəni Azərbaycandır
26/08/2010 İlyas İsmayılov: “Azərbaycanda seçkilərin monitorinqinə ehtiyac var”
26/08/2010 Majoritar sistem Azərbaycan reallığına daha uyğundur
26/08/2010 Venetsiya Komissiyasının milli QHT-lərlə əməkdaşlığı zəruridir
26/08/2010 MSK deputatlığa namizədlərin pulsuz efir vaxtının uzadılması məsələsinə münasibət bildirib
26/08/2010 Rüstəm Usubov DSK sədrlərinə tövsiyə edib
26/08/2010 Azərbaycan demokratiya yolunda inamla irəliləyir
26/08/2010 AXCP və Müsavat daha iki dairədə vahid namizəd barədə razılığa gəliblər
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net