 Ölkədəki prezident seçkisini izləyən Azərbaycanın Demokratik İslahatlar Partiyasının (DİP) müşahidəçiləri onun əvvəlki seçkilərə nisbətən müsbət fərqini qeyd edirlər. “Seçki, əsasən, ATƏT və Avropa Şurasının öhdəlik və standartlarına, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə keçirilib”, - cümə günü DİP - in prezident seçkisi ilə bağlı qəbul etdiyi bəyanatda qeyd olunub.
|