Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Sentyabr 2010 (19)
Avqust 2010 (70)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (11)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (3)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Ümumrusiya Azərbaycanlıları Konqresi hakim partiyanın namizədini dəstəklədi
'220;mumrusiyaÜmumrusiya Azərbaycanlıları Konqresi Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Moskvada aksiya keçirib.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bazar ertəsi Trend News-a verilən məlumata görə, konqresin prezidenti Məmməd Əliyev aksiyada seçkilərdə Azərbaycan diasporunun fəal iştirakı üçün gördüyü işlərdən danışıb.

«Konqresin regional təşkilatlarının liderləri prezident seçkilərində fəal iştirak etməyə hazır olduqlarını bildiriblər», - Əliyev deyib.

Tədbirdə seçkilərdə iştiraka dair müraciət qəbul olunub. Müraciətdə prezident İlham Əliyevin 5 il ərzində Azərbaycan dövlətinin hərtərəfli inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmlənməsinə verdiyi töhfələr, Rusiyada yaşayan soydaşlarımızın hüquqlarının qorunması, onların problemlərinin həlli, Rusiyadakı Azərbaycan diasporunun təşkilatlanması, keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoyması məqsədilə gördüyü işlərdən bəhs olunur.

Sənəddə qeyd edilir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin Rəyasət Heyəti Rusiyadakı 2 milyonluq Azərbaycan diasporunun İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədiyini bildirir və bu ölkənin ərazisində yaşayan, işləyən, təhsil alan bütün Azərbaycan vətəndaşlarını seçkilərdə fəal iştirak etməyə çağırır. /Trend/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 101 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
AVCİYA Bakı rayonları, Abşeron və Sumqayıt müşahidəçiləri üçün treninqlərə başlayıb
'AVC304;YA«Azərbaycanda Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyası» (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ərəfəsi Respublikanın 12 regional mərkəzində müşahidəçilərə treninqləri başa vurduqdan sonra Bakı rayonları, Abşeron və Sumqayıt müşahidəçiləri üçün treniqlərə başlayıb. 4-12 oktyabr 2008 – ci il tarixlərini əhatə edən treninqlər zamanı müşahidəçilərə AVCİYA Seçki Qərəgahının hazırladığı “2008 – ci il Prezident seçkilərinin Monitorinqi. Yaddaş kitabçası”, seçki günü lazım olan materiallarla təmin olunmuş qovluqlar təqdim olunur.
Seçki Qərargahı Prezident seçkiləri ərəfəsi iş planına uyğun olaraq öz fəaliyyətini daha da genişləndirir.
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 112 dəfə   |   Kateqoriya: Tədbirlər » Pres-relizlər
AVCİYA Seçki Qərargahının rəhbəri Prezidentliyə namizəd İ. Ağazadə ilə görüşdü
'AVC304;YABu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Prezidentliyə namizəd İqbal Ağazadə ilə görüşüb.

İqbal Ağazadə AVCİYA ilə əmədaşlıq edən ELS təşkilatının keçirdiyi rəy sorğusu barədə fikirini bildirmiş, seçki kampaniyasının gedişi, keçirdiyi görüşlər, seçki təbliğatı barədə məlumat vermiş və təbliğat materialları ilə AVCİYA rəsmisini tanış etmişdir.

M. Zülfüqarlı Assosiasiyanın Prezident seçkiləri ilə əlaqədar gördüyü işlər və gələcək fəaliyyəti barədə qısa məlumat verib.

Görüşün sonunda M. Zülfüqarlı Prezidentliyə namizədi AVCİYA – nın 9 oktyabr 2008 – ci il tarixdə kecirəcəyi Dəyirmi Masaya dəvət etmişdir.
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 134 dəfə   |   Kateqoriya: Tədbirlər » Pres-relizlər
Azərbaycanın müxalifət partiyası yeni blokun yaradılmasını mümkünsüz sayır
'Az601;rbaycan305;nAzərbaycanın müxalif Müsavat Partiyası Azərbaycan Demokrat Partiyası ilə hansısa blokda birləşməsini mümkün saymır.
«Müxalifətdə olan siyasi partiyaların əməkdaşlığını və imkan daxilində müttəfiqliyini dəstəkləyirik, ancaq yaxın zamanlarda bizim Azərbaycan Demokrat Partiyası ilə hansısa blokda birləşməyimiz real görünmür», - cümə günü TrendNews - a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Hacılı ADP - nin prezident seçkilərinə münasibətinin Müsavatdan tamamilə fərqli olduğunu qeyd edib.

«Bütövlükdə Azərbaycan hakimiyyətinin siyasəti ilə əlaqədar ADP - nin mövqeyi Müsavat Partiyasının mövqeyindən əsaslı surətdə fərqlənir. Bu fərq o qədərdir ki, iki partiyanın müttəfiqliyi mümkün deyil», - Hacılı bildirib

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri, yalnız iki partiyanın siyasətində daha yaxın çalarlar aşkara çıxdığı təqdirldə əməkdaşlığı, hətta ciddi blok yaradılmasını mümkün hesab edir. /Trend/
 Ətraflı
Tarix: 4 Oktyabr 2008   |  Oxunub: 91 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın xarici ölkə səfirliklərində seçki məntəqələri yaradılıb
'Az601;rbaycan305;nAzərbaycanın xarici ölkə səfirliklərində ölkədə keçiriləcək prezident seçkisi ilə əlaqədar seçki məntəqələri yaradılıb.
«Azərbaycanın xarici ölkə səfirliklərinin 33- də seçki məntəqələri yaradılıb və həmin məntəqələrin lazımi avadanlıqlarla təmin olunması başa çatdırılıb», - deyə cümə günü Trend News - a Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.

Qasımovun sözlərinə görə, ABŞ, Rusiya, İran, Türkiyə, Avropanın bəzi ölkələrindəki səfirliklərdə yaradılmış seçki məntəqələrində 10 mindən çox azərbaycanlı seçicisinin səs verməsi gözlənilir. «Xaricdə yaşayan azərbaycanlılar üçün ayrılmış seçki bülletenləri və protokollar MSK tərəfindən Xarici İşlər Nazirliyinə təqdim olunub və yaxın günlərdə Nazirlik tərəfindən sənədlər səfirliklərə çatdıralacaq»,- deyə o bildirib.

Azərbaycanın Seçki Məcəlləsinə əsasən, hər hansı bir xarici ölkədə yaşayan Azərbaycan vətəndaşlarının sayı 50 - dən azdırsa, həmin ölkədə seçki məntəqəsi təşkil olunmur. /Trend/
 Ətraflı
Tarix: 4 Oktyabr 2008   |  Oxunub: 92 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanda prezidentliyə namizəd partiyasının qərərgahına hücum olduğunu iddia edir
Azərbaycanda prezidentliyə namizəd partiyasının qərərgahına hücum olduğunu iddia edirAzərbaycan müxalifətini təmsil edən Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev bildirib ki, cümə günü bir qrup şəxs onunun rəhbərlik etdiyi siyasi təşkilatın mərkəzi qərərgahına hücum edib. «Mən İctimai Televiziyada çıxış edən zaman bir necə məmurun rüşvət almaqla məşğul olduqlarını vətəndaşlara çatdırıram. Bizim qərargaha hücum edən şəxsləri adını çəkdiyim məmurlar göndəriblər» - cümə günü Trend News-a Hacıyev bildirib. Onun sözlərinə görə, bir qrup şəxs partiyanın qərargahının yerləşdiyi əraziyə gəlib və icəri daxil olmağa cəhd göstəriblər. Lakin qərargahın qapıçısı onların içəri daxil olmasına imkan verməyib: «Onlar «Hafiz Hacıyevə ölüm!» şüarı səsləndiriblər və məqsədləri məni öldürməkdir. Bu barədə bəzi xarici ölkələrin səfirlərinə də məlumat vermişəm. Lakin mən mövqeyimdən geri çəkilən deyiləm». Prezidentliyə namizəd qeyd edib ki, hadisə ilə bağlı hüquq - mühafizə orqanlarına müraciət etməyi planlaşdırmır. O, bunu hüquq - mühafizə orqanlarına inanmaması ilə izah edib: «Öz adamlarımın hesabına təhlükəsizliyimi gücləndirmişəm». Müasir Müsavat Partiyası özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir. /Trend/
 Ətraflı
Tarix: 4 Oktyabr 2008   |  Oxunub: 85 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycan prezidentinin İnternet saytında məktəblilər üçün bölmə açılıb
'Az601;rbaycanAzərbaycan Respublikası prezidentinin İnternet saytında məktəblilər üçün newforkids.president.az. bölməsi açılıb.
Səhifə gənc məktəbli nəslin istifadəsi üçün rahat formatda yaradılıb.
Səhifədə məktəblilər üçün Azərbaycan dilində və onların başa düşə biləcəyi tərzdə Azərbaycan tarixi, coğrafiyası, siyasi sistemi, mədəniyyəti, dövlət rəmzləri, əsas nailiyyətləri və problemləri barədə informasiyalar yer alıb. Saytın digər bir bölməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr olunub.

Saytın daimi qəhramanları olan üç gənc, gənclərə saytın xəritəsini izah edir və onlara əsas informasiyaları təqdim edirlər. Azərbaycan Respublikasının Konstitusiyası barədə informasiya ayrıca təqdim olunub. Burada Azərbaycan vətəndaşlarının əsas hüquq və azadlıqları öz əksini tapıb, hakimiyyətin bölüşdürülməsi məsələləri açıqlanıb və vətəndaşın Vətən qarşısında məsuliyyət tədbirləri müəyyən edilib.

«Mənim prezidentim» bölməsində Azərbaycan Respublikası prezidentinin fəaliyyəti geniş şəkildə açıqlanıb. Saytın gənc istifadəçilərinə prezident seçimi üzrə demokratik qaydalar və hakimiyyətin digər qolları barədə informasiya verilir. Saytda prezidentin şəxsiyyəti, gündəlik fəaliyyətinə dair məlumatlar həm mətn, həm də foto formatında geniş şəkildə öz əksini tapıb. Gənc nəslin nümayəndələri http://mektebli.president.az/ səhifəsi vasitəsilə ölkə, prezident və Azərbaycan Respublikasının gənc vətəndaşlarının şəxsiyyətinin formalaşmasına təsir göstərən əsas aspektlər barədə sərbəst şəkildə informasiya əldə edə bilərlər.

İnternetdə ABŞ, Rusiya, Pakistan, Fransa prezidentləri və Böyük Britaniya Baş nazirinin analoji səhifələri var.

Qeyd edək ki, Azərbaycan prezidentliyinə namizəd İlham Əliyevin İnternet-saytı - http://ilhamlaireli.az/ bu günlərdə işləməyə başlayıb. Orijinal tərtibatlı sayt öz dizaynı ilə diqqəti cəlb edib. Seçicilərə prezidentliyə namizədin fəaliyyəti haqqında tam məlumat təqdim edilib: regionlara səfərlər, çıxışlar, qəbullar. Eyni zamanda Azərbaycan, rus və ingilis dillərində informasiya təqdim edən sayt üçdilli formatda işləyir.

Prezidentliyə namizədin seçkiqabağı saytı istifadəçilərlə əks əlaqə təklif edir. Bunun köməyi ilə namizədin Seçki Qərargahına elektron məktub göndərmək mümkündür. /Trend/
 Ətraflı
Tarix: 4 Oktyabr 2008   |  Oxunub: 110 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın hakim partiyası müxalifətyönlü qəzetin təkzib verməsini tələb edir
'Az601;rbaycan305;nAzərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) müxalifətyönlü «Azadlıq» qəzetindən hakimiyyətin əleyhinə dezinformasiya və böhtan xarakterli məlumatlar yaymasına görə təkzib verməsini tələb edir. «Mətbuat Şurasının «Azadlıq» qəzetinə qarşı iradlarına baxmayaraq, həmin qəzetdə YAP-ın fəaliyyətini və hakimiyyətin siyasətini təhrif edən qərəzli məqalələrin dərci davam etdirilir», - deyə hakim partiyanın bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, YAP-ın ictimai nüfuzuna xələl gətirmək niyyəti güdən təhqir, yalan və böhtanla yüklənmiş məqalələrin, şərəf və ləyaqəti alçaldan yazıların dərcinə görə partiya dəfələrlə Mətbuat Şurasına müraciət edib. Lakin qəzet hakim partiyaya qarşı qərəzli mövqeyini davam etdirir.

Hakim partiya qəzetin fəaliyyətini qətiyyətlə pisləyir və həmin qəzetin rəhbərliyindən Mətbuat Şurasının çıxardığı qərara müvafiq olaraq təkzib verməsini tələb edir: «YAP eyni zamanda, «Azadlıq» qəzetindən hakim partiyanın namizədinə böhtan atmaq məqsədilə qeydiyyatdan keçməyən «Seçki Monitorinq Mərkəzi»nin hesabatını təhrif etməklə dərc etməsi ilə əlaqədar təkzib verməsini və üzr istəməsini tələb edir. Əks təqdirdə, YAP həmin qəzetə qarşı qanun çərçivəsində daha ciddi addımlar atmaq məcburiyyətində qalacaq».

Bəyanatda bildirilib ki, YAP-ın müraciəti əsasında «Azadlıq» qəzetində dərc olunan böhtan xarakterli yazılarla bağlı Mətbuat Şurası 2008-ci il sentyabrın 19-da növbəti ictimai müzakirə keçirib və qurumun qərarı ilə həmin qəzetdə təkzib dərc olunması, yaxud üzr istənilməsi tələb olunub: «Adıçəkilən qəzet bütün bunlara məhəl qoymayaraq, YAP-a və hakimiyyətə qarşı qeyri-sağlam və etikadan kənar fəaliyyətini davam etdirir». /Trend/
 Ətraflı
Tarix: 4 Oktyabr 2008   |  Oxunub: 88 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanda prezident seçkilərini izləmək üçün 574 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib
'Az601;rbaycandaOktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) 574 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşahidəçilərin qeydiyyatı səsverməyə 5 gün qalana kimi davam edəcək. MSK-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan 274 nəfər, MDB Parlament Assambleyasından 3 nəfər, MDB Müşahidə Missiyasından 256 nəfər, Latviya MSK-dan 2 nəfər, Rusiya MSK-dan 3 nəfər, Ukrayna MSK-dan 4 nəfər, Beynəlxalq Respublikaçılar İnstitutundan 2 nəfər, Milli Demokratiya İnstitutundan 5 nəfər, İsrail və Fransa səfirliyinin hərəsindən 1 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.
 Ətraflı
Tarix: 4 Oktyabr 2008   |  Oxunub: 81 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın Mərkəzi Seçki Komissiyası 279 beynəlxalq müşahidəçini qeydə alıb
'Az601;rbaycan305;nAzərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisinin müşahidəsini aparmaq üçün 279 beynəlxalq müşahidəçini qeydə alıb.

MSK - nın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rövzət Qasımovun çərşənbə günü TrendNews - a bildirdiyinə görə, qeydə alınmış müşahidəçilər Avropa Şurası, ATƏT, MDB - nin müşahidə missiyasının, digər xarici ölkə və təşkilatların nümayəndələridir.

Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün, dairə seçki komissiyalarında isə, 5 gün qalmış başa çatır.

/ Trend/
 Ətraflı
Tarix: 2 Oktyabr 2008   |  Oxunub: 85 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın müxalifət partiyası prezident seçkisi ilə bağlı mövqeyini müəyyənləşdirib
'Az601;rbaycan305;nAzərbaycanın müxalif Milli Demokrat Partiyası (AMDP) prezident seçkisi ilə bağlı mövqeyini müəyyənləşdirib.

«Partiya prezident seçkisini boykot etmiş müxalifət partiyalarına qoşulmur. Partiyanın üzvlərinə sərbəst olaraq dəstəklədikləri namizədə səs vermək azadlığı verilib», - deyə çərşənbə günü Trend News-a AMDP sədri Tufan Kərimli bildirib.

Kərimli əlavə edib ki, partiya həmçinin prezident seçkisini müşahidə etmək niyyətindədir.

Azərbaycan Milli Demokrat Partiyasının dövlət qeydiyyatı olmadığından, öz namizədi ilə seçkiyə qatıla bilməyib. AMDP - nin dövlət qeydiyyatına alınmaması ilə bağlı şikayəti İnsan Haqları üzrə Avropa Məhkəməsi tərəfindən icraata götürülüb.

AMDP sədri partiyanın qeydiyyat məsələsi ilə əlaqədar bildirib ki, avqustda keçirilmiş qurultaydan sonra sənədlər qeydiyyat üçün təkrar olaraq Ədliyyə Nazirliyinə təqdim olunub. «Nazirlikdən bildirilib ki, sənədlər baxış mərhələsindədir və yaxın günlərdə cavab veriləcək», - deyə Kərimli əlavə edib.
/Trend/
 Ətraflı
Tarix: 2 Oktyabr 2008   |  Oxunub: 87 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Parisdə Azərbaycanın Avropa Yaşıllar Partiyasına üzvlük məsələsi müzakirə ediləcək
'Parisd601;Azərbaycanın Yaşıllar Partiyası (AYP) Avropa Yaşıllar Partiyasında müşahidəçi statusu alacaq.

«Oktyabrın 8 - dən 12 - dək Avropa Yaşıllar Partiyasının Parisdə keçiriləcək növbəti Şura iclasında Azərbaycan Yaşıllar Partiyasının Avropa Yaşıllar Partiyasına üzv qəbul olunması məsələsi müzakirə olunacaq», - deyə çərşənbə günü TrendNews - a AYP həmsədri Mais Güləliyev məlumat verib.

Partiya Avropa Yaşıllar Partiyasına üzvlüklə bağlı cari ilin yanvarında müraciət edib. Üzvlük məsələsi ilə əlaqədar bu ilin ortalarında Avropa Yaşıllar Partiyasının faktaraşdırıcı missiyası Bakıda olub və Qafqazda «yaşıllar»ın perspektivləri və Azərbaycan Yaşıllar Partiyasının fəaliyyətini araşdırıb.

AYP həmsədri qeyd edib ki, Şura iclasında Avropa Yaşıllar Partiyasına daxil olan 35 ölkənin Yaşıllar partiyalarının rəhbər nümayəndələri və Avropa Parlamentində bir sıra ölkələrin yaşıllar partiyalarından təmsil olunmuş parlament üzvləri iştirak edəcək.

Şuranın iclasında Azərbaycan Yaşıllar Partiyasının həmsədrləri Mais Güləliyev və Təranə Məmmədova iştirak edəcəklər. Güləliyev Azərbaycanda ictimai - siyasi vəziyyət, prezident seçkisi mövzusu ilə bağlı çıxış edəcək.

Güləliyev əlavə edib ki, oktyabrın 12 - də dörd ölkənin – Albaniya, Moldova, Azərbaycan və Belarus Yaşıllar partiyalarının Avropa Yaşıllar Partiyasına üzvlük məsələləri müzakirə olunacaq. «Şuranın iclasında Albaniya və Moldovanın tam üzvlük məsələsi, Belarus və Azərbaycanın müşahidəçi statusu məsələsi müzakirə olunacaq», - deyə o bildirib.

AYP sədri Avropa Yaşıllar Partiyasına üzvlüyün iki mərhələdən ibarət olduğunu bildirib. «Birinci mərhələdə səs hüququ olmadan müşahidəçi, bir ildən sonra tam üzv olmaq mümkündür. Azərbaycan Yaşıllar Partiyası bir ildən sonra Avropa Yaşıllar Partiyasının tam üzvlüyünə qəbul olunacaq», - deyə o qeyd edib.

Güləliyev üzvlüyə qəbuldan sonra Avropa Yaşıllar Partiyasının Şərq - Qərb Komitəsində təmsil olunmağa çalışacaqlarını bildirib. «Bu Komitədə təmsil olunmaq çox vacibdir; Şərq - Qərb Komitəsində təmsil olunmaq gələcəkdə Azərbaycan Yaşıllar Partiyasının möhkəmlənməsi, «yaşıllar» ideologiyasının regionda genişlənməsinə böyük imkanlar yaradacaq», - deyə o bildirib.

/Trend/
 Ətraflı
Tarix: 2 Oktyabr 2008   |  Oxunub: 105 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Geri dön << 1 2 3 ... 24 25 26 >> İrəli
Son xəbərlər
08/09/2010 Parlament seçkilərinə hazırlaşan, həm də hazırlaşmayan KİV-lər də var
08/09/2010 AXCP və Müsavatın vahid namizədlər siyahısı açıqlanıb - SİYAHI
08/09/2010 AXCP Ali Məclisi Müsavatla AXCP arasında razılaşdırılmış vahid namizədlər siyahısını təsdiq edib
08/09/2010 Klassik Xalq Cəbhəsi Partiyası deputatlığa namizədlərinin siyahısını açıqlayıb - SİYAHI
08/09/2010 Qeydiyyat barədə qərar 48 saat müddətində KİV-ə təqdim edilməlidir
08/09/2010 Sual-cavab
08/09/2010 Məmurların və bələdiyyə üzvlərinin imza toplaması qadağandır
08/09/2010 AVCİYA cənub bölgəsində seçkilərə hazırdır
08/09/2010 ASDP seçkilərdə iştirak edəcək namizədlərin adlarını açıqlayıb
07/09/2010 AVROPA ŞURASI SEÇKİLƏRƏ HAZIRLIQ ÇƏRÇİVƏSİNDƏ
07/09/2010 Ekspertlərin fəaliyyət planı müzakirə olunmuşdur
07/09/2010 Avropa Şurası Azərbaycanda keçiriləcək Parlament seçkilərinə böyük əhəmiyyət verir - Veronika Kotek
07/09/2010 Avropa Şurası və seçkilər
06/09/2010 Seçkilərdə medianın rolu
06/09/2010 AVCİYA seçki maarifçiliyinin 3-cü mərhələsinə başladı
06/09/2010 Sual-cavab
06/09/2010 Qadınların seçkilərdə iştirakına maneə stereotiplərdir
06/09/2010 Parlamentarizmin tarixi
06/09/2010 Seçki komissiyalarının formalaşdırılmasında müxtəlif ölkələrin təcrübəsi Sloveniya
31/08/2010 Parlament seçkilərində “Seçkilər” Dövlət İnformasiya Sistemindən istifadə ediləcək
31/08/2010 Azərbaycanın müxalif partiyaları daha beş seçki dairəsi üzrə razılıq əldə ediblər
31/08/2010 SAM parlament seçkilərinə dair təhlili arayışlar hazırlayır
31/08/2010 “Qarabağ”da 9 seçki dairəsi qaldı
31/08/2010 Etibar Məmmədov hələ fikirləşir, sədr qərarını verib
31/08/2010 62 məntəqə yeni otaqlarla təmin olunacaq, 1076-da isə təmir işləri aparılacaqdır
31/08/2010 Müsavat Partiyası daha iki dairədə AXCP-yə güzəştə gedib
30/08/2010 Azərbaycanın Mərkəzi Seçki Komissiyası regionlarda kurslara başlayacaq
30/08/2010 AŞ PA-nın müşahidəçi missiyası Azərbaycana oktyabrın ikinci yarısında səfər edəcək
30/08/2010 “İslahat” seçki blokunun yaradılmasına dair niyyət protokolu imzalanıb
30/08/2010 Seçkilərlə maraqlanan beynəlxalq qurumların mütərəqqi, konstruktiv fikirləri təqdir olunur
30/08/2010 Azərbaycanda daha bir seçki bloku yaradılıb
30/08/2010 Azərbaycanın müxalifət blokuna daha bir partiya qoşulub
30/08/2010 Azərbaycanın iqtidaryönlü partiyası seçkilərə blok şəklində getmək istəyir
30/08/2010 MSK ATƏT və seçkilərlə maraqlanan digər beynəlxalq təşkilatların fəaliyyətini həmişə izləyir
27/08/2010 Aydınlar Partiyası “Qarabağ” Seçki Blokuna daxil olmaq istəyir
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net