| |
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
|
|
Axtarış |
|
|
|
 |
|
 |
Sorğu |
|
| Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi? |
|
|
 |
|
 |
|
|
|
|
Qüdrət Həsənquliyev Lənkəranda seçicilərlə görüşüb
|
 Prezidentliyə namizəd, BAXCP sədri Qüdrət Həsənquliyev Lənkəran şəhərində seçicilərlə görüşüb. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Olimpiya İdman Kompleksində keçirilən görüşü prezidentliyə namizədin vəkili, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov açaraq Q. Həsənquliyevin fəaliyyəti barədə məlumat verib. Q. Həsənquliyev çıxışında Azərbaycanda Konstitusiya islahatları, platformasındakı sosial-iqtisadi islahatlarla bağlı müddəalar, Dağlıq Qarabağ probleminin həli və ordu quruculuğu məsələləri barədə danışıb. Prezidentliyə namizəd qeyd edib ki, Azərbaycanda neft pulları səmərəli istifadə olunmalı, ölkədə istehsal və emal müəssisələri açılmalıdır. Görüşdə çıxış edən Lənkəran Dövlət Universitetinin professoru Məsud Məmmədov çalışdığı təhsil müəssisəsindəki mənfi hallardan danışıb. Q. Həsənquliyev seçicilərin şikayətlərini dinləyib, suallarını cavablandırıb. /APA/
|
 Ətraflı
|
|
Seçkini boykot edən müxalifət qurumlarının mitinqində daha çox iştirakçı olacağı gözlənilir
|
 Azərbaycanın müxalif «Azadlıq» bloku bəzi müxalifət partiyalarının kütləvi aksiyalara zərurət olmaması ilə bağlı fikirlərini səhv yanaşma hesab edir. «Prezident seçkisində iştirakdan imtina etmiş siyasi qüvvələrin arqumentləri cəmiyyətə çatdırılmalıdır. Yalnız mətbuatla cəmiyyətin geniş təbəqələrini məlumatlandırmaq mümkün deyil. Həmin arqumentləri cəmiyyətə çatdırmaq üçün kütləvi tədbirlərdən bir vasitə kimi istifadə olunmalıdır», «Azadlıq» blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev çərşənbə günü Trend News-a bildirib. Bəyanatı imzalamış siyasi təşkilatlar sentyabrın 28-də Bakının mərkəzi meydanlarının birində mitinq keçirməyə qərar veriblər. Mitinq üçün yerin ayrılması ilə bağlı siyasi təşkilatlar sentyabrın 22-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Əliyevin sözlərinə görə, mitinqlə əlaqədar ictimaiyyətlə işin aparılması bir qədər ləngidilir. «Mitinqə hazırlıq üçün yaradılmış təşkilat komitəsi Bakı Şəhər İcra Hakimiyyətinin cavabını gözləyir. Kütləvi aksiyanın keçirilməsi üçün yer müəyyənləşdiriləndən sonra cəmiyyətə mitinqlə bağlı məlumatların çatdırılması mexanizmlərini işə salacağıq», - deyə o bildirib. Mitinqdə iştirakla bağlı digər müxalifət partiyalarına müraciətə gəlincə, Əliyev bildirib ki, bu da kütləvi aksiyaya yerin ayrılmasından asılıdır. «Digər siyasi qurumlara rəsmi müraciət olunması ilə bağlı konkret qərarımız yoxdur. Yerin ayrılması ilə bağlı qərardan sonra konkret olaraq hansı təbəqə və qurumlara müraciət olunması ilə bağlı məsləhətləşmələr aparılıb qərar veriləcək», - deyə Əliyev əlavə edib. Mitinqdə 10 min nəfərin iştirakı nəzərdə tutulsa da, Əliyev bildirib ki, kütləvi tədbirlərlə bağlı əvvəlcədən proqnoz vermək çətindir. «Belə ki, üç ildir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunmur. Siyasi təşkilatların resurslarını nəzərə alaraq İcra Hakimiyyətinə təqdim olunan müraciətdə mitinqdə 10 min nəfərin iştirak etməsini nəzərdə tutduğumuzu göstərmişik. Lakin mitinq iştirakçılarının sayı arta bilər», - deyə VİP sədri bildirib. /Trend/
|
 Ətraflı
|
|
Azərbaycandakı prezident seçkisi AŞ PA-nın sessiyasına müzakirə ediləcək
|
 Azərbaycanda keçiriləcək prezident seçkisinin nəticələri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında (yanvar ayında) müzakirə ediləcək. «Azərbaycanla bağlı məsələlərə qış sessiyasında baxılacaq» - çərşənbə günü Trend News-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib. Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, prezident seçkisiöncəsi olduğuna görə, payız sessiyasının gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələ daxil edilməyib. Seyidov bildirib ki, payız sessiyası çərçivəsində, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin iclasının keçirilməsi və Komitəyə yeni sədrin seçilməsi gözlənilmir. «Sessiyada, əsasən, Gürcüstanla Rusiya arasında baş verən münaqişə müzakirə olunacaq və müzakirələr iki gün davam edəcək. AŞPA-nın Gürcüstan - Rusiya münaqişəsinə dair xüsusi Alt Komitəsinin üzvləri artıq Rusiyaya səfər ediblər. Nümayəndə heyəti yaxın günlərdə Gürcüstana da səfər edəcək. Onların səfərinin yekunları və hazırlanan məruzə sessiyada müzakirə olunacaq», - deyə Seyidov əlavə edib. Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və nümayəndə heyəti də AŞPA-nın sessiyasında eyni mövqedən çıxış edəcək: «Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Biz münaqişənin beynəlxalq hüquq normaları, ölkələrin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini və bölgədə sülhün yaranmasını istəyirik». Nümayəndə heyəti sentyabrın 27- də yola düşür. /Trend/
|
 Ətraflı
|
|
Hər bir məmur vətəndaşdır və onun aksiyaya qoşulmaq hüququ var
|
 Azərbaycan hakimiyyəti dövlət rəsmilərinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi təbliğat-təşviqat aksiyalarında iştirak etməsi ilə bağlı müxalifəti təmsil edən Ümid Partiyasının prezidentliyə namizədinin iddiasını əsassız sayır. «Belə bir hal yoxdur və Ümid Partiyasının MSK-ya etdiyi müraciət ədalətsizdir», çərşənbə günü jurnalistlərə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Hakim Yeni Azərbaycan partiyası sentyabrın 17-də Bibiheybətdə partiyanın namizədi, prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində mitinq keçirib. Ümid Partiyası mitinqdə dövlət rəsmilərinin iştirak etməsi və bunun qanuna zidd olması ilə bağlı MSK-ya müraciət edib. Partiya komissiyanın bununla bağlı tədbir görməsini tələb edir. Həsənovun sözlərinə görə, hakim partiyanın seçkiqabağı təbliğat-təşviqat tədbirlərində heç bir dövlət rəsmisi iştirak etmir. «O ki qaldı, hansısa partiyanın təşkil etdiyi mitinqdə iş vaxtı qurtarandan sonra hər hansı məmurun iştirak etməsinə, bu, hər bir dövlət rəsmisinin öz hüququdur. Hər bir məmur da vətəndaşdır, seçicidir və işdən sonra bu və ya digər aksiyaya qoşulmaq hüququna malikdir», - deyə Həsənov əlavə edib. Onun sözlərinə görə, məmurlar seçkiqabağı təşviqatda fəal iştirak etmirlər, hansısa namizədin xeyrinə və ya əleyhinə çağırışlar səsləndirmirlər. «Belə bir hal müşahidə olunsa, qanuna uyğun şəkildə tədbirlər görüləcək», - Həsənov əlavə edib. /Trend/
|
 Ətraflı
|
|
“Exit-poll” tədqiqatı ilə bağlı treninqlərin birinci mərhələsi başa çatıb
|
 “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birgə prezident seçkiləri günü keçirəcəyi “Exit-poll” tədqiqatı ilə bağlı treninqlərin birinci mərhələsi başa çatıb. Mərkəzdən verilən məlumata görə, treninqlərin birinci mərhələsində ölkə ərazisində bütün dairə və məntəqələr üzrə keçiriləcək “Exit-poll” tədqiqatında 1600 nəfərdən yuxarı intervüer və 200-ə qədər supervayzerlər iştirak edib. Təlimdə intervüer və supervayzerlərə təlimçilər tərəfindən “Exit-poll” haqqında və tədqiqatın keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin təlimlərdə iştirakçılara “Exit-poll” zamanı istifadə olunan anket və sorğu vərəqələrinin formaları göstərilib. Məlumatda qeyd olunur ki, treninqlərin birinci mərhələsində keçirilən təlimlərdə təlimçilər ciddi problemlə qarşılaşmayıblar. Bir sıra rayonlarda “Exit-poll” tədqiqatında iştırak edəcək bəzi intervüerlər yaş və xarici görünüş kriteriyalarına cavab vermədiyi üçün ehtiyatda olan intervüerlərlə əvəzlənib. Eyni zamanda təlimlərdə ATƏT-in Bakı ofisinin nümayəndələri iştirak ediblər və onlar treninqin keçirilmə səviyyəsindən razılıqlarını bildiriblər. Bundan başqa treninqlərin birinci mərhələsində keçirilən təlimlərə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin ekspert qrupu da qatılıb və “Exit-poll”un keçirilmə qaydaları ilə bağlı intervüer və supervayzerlərə tövsiyyələrini verib. Xatırladaq ki, treninqlərin birinci mərhələsi sentyabrın 22-də başa çatıb. Mərkəzdən verilən məlumata görə, namizədlərin dəqiq siyahısı təsdiqləndikdən sonra sentyarın 27-də treninqlərin ikinci mərhələsinə start veriləcək.
|
 Ətraflı
|
|
|
|
Son xəbərlər
|
|
|
|
 |
|
 |
|