Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Azərbaycanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin vəkillərini qeydə alıb
'Az601;rbaycan305;nAzərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında prezidentliyə iki namizədin vəkillərini qeydə alıb.
Müxalifəti təmsil edən Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyevin 40, Azərbaycan Liberal Demokrat Partiyasının prezidentliyə namizədi Fuad Əliyevin 30 vəkili qeydə alınıb.

İclasda MSK sədri Məzahir Pənahov bildirib ki, prezident seçkisini izləmək üçün seçki komissiyaları tərəfindən indiyədək 25 023 müşahidəçi qeydə alınıb; 15 087 nəfər siyasi partiyalar, 7726 nəfər QHT nümayəndələri, 2310 müşahidəçi isə öz təşəbbüsü ilə prezident seçkisini izləyəcək», - deyə Pənahov bildirib.

Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün, dairə seçki komissiyalarında isə, 5 gün qalmış başa çatır. /Trend/
 Ətraflı
Tarix: 27 Sentyabr 2008   |  Oxunub: 120 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
MDB müşahidəçiləri prezidentliyə namizədlərlə görüşləri davam etdirir
'MDBMüstəqil Dövlətlər Birliyinin (MDB) Azərbaycandakı seçkiləri müşahidə missiyasının qərargah üzvləri Azərbaycan Liberal-Demokrat Partiyasından prezidentliyə namizəd Fuad Əliyev və onun vəkili ilə görüşüblər. Missiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə F. Əliyevin seçki kampaniyasında iştirakı ilə bağlı məsələlər müzakirə olunub.

Bu gün müşahidəçilər Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev və onun vəkili ilə də görüşəcəklər. Sabah isə onlar Şamaxı, İsmayıllı, Qəbələ və Şəki rayonlarına gedəcək, orada seçkilərə hazırlıq və seçki kampaniyasının gedişi ilə tanış olacaqlar. /APA/
 Ətraflı
Tarix: 27 Sentyabr 2008   |  Oxunub: 140 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Namizədlərin efirdə səsləndirdiyi fikirlərə görə İctimai Televiziya məsuliyyət daşımır
'Namiz601;dl601;rin“Bəzi prezidentliyə namizədlər canlı efirdə Seçki Məcəlləsinin 88-ci maddəsinə zidd olan təhqirlər səsləndirir. Müdaxilə səlahiyyəti olmasa da, verilişin aparıcısı dəfələrlə belə hallara yol verilməməsi haqda həmin namizədlərə xəbərdarlıq edib”. Bu açıqlamanı APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov verib. Baş direktor bu halın aradan qaldırılacağına inandığını bildirib. İ. Ömərov deyib ki, qanuna əsasən efirdə səslənən fikirlərə görə İTV məsuliyyət daşımır.

Namizədlərin iştirakı ilə təşkil olunan debatların efir vaxtı ilə bağlı səslənən narazılıqlara gəlincə, İ. Ömərov bu vaxtın namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələr nəticəsində MSK-nın müəyyənləşdirdiyini deyib: “Biz istənilən efir vaxtını ayırmağa hazır olduğumuzu bildirmişik. Sadəcə özlərinin iştirakı ilə MSK bu qərarı qəbul etdi. Bu kollegial qərarı daha heç kəs poza bilməz. Yeri gəlmişkən 18.50-dən 19.50-dək olan vaxt İctimai televiziyada diskusiya saatı kimi auditoriyaya çoxdan bəllidir”.

Seçkini boykot edən qüvvələrə efir vaxtının verilməsinə gəlincə, baş direktor deyib ki, “biz onların bütün tədbirlərini həmişə olduğu kimi dolğun şəkildə işıqlandırmağa hazırıq. Amma boykot üçün xüsusi efir vaxtının ayrılması 7 nəfər prezidentliyə namizədin hüququn və qanunvericiliyin pozulması demək olardı”./APA/
 Ətraflı
Tarix: 27 Sentyabr 2008   |  Oxunub: 217 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
“Azad, Şəffaf, Ədalətli Seçkilər” QHT Koalisiyası seçkilərlə bağlı monitorinqin nəticələrini açıqlayıb
'“Azad,“Azad, Şəffaf, Ədalətli Seçkilər” QHT Koalisiyası 2008-ci il prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası zamanı aparılan monitorinqin nəticələrini açıqlayıb. Koalisiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sentyabrın 7-dən 24-dək aparılan monitorinqin nəticələrinə görə, seçki ilə bağlı mətbuatda dərc olunan materialların azlığı diqqəti cəlb edib. Bu isə prezidentliyə namizədlərin çap mediasına maraqlarının az olması ilə əlaqələndirilib. 6 gündəlik qəzetdə aparılan monitorinqə görə, qeyd olunan müddət ərzində ümumilikdə 141 material dərc edilib. Monitorinq zamanı məlum olub ki, rusdilli qəzetlər daha çox analitik materiallara, Azərbaycan dilli qəzetlər isə əhəmiyyət dərəcəsindən asılı olmayaraq informasiya yaymağa üstünlük verir. Mətbuatda dərc edilən seçki ilə bağlı yazıların 74-ü birbaşa namizədlərin özü ilə bağlı olub. İlham Əliyev haqda 29, İqbal Ağazadə haqda 18, Qüdrət Həsənquliyev haqda 12, Qulamhüseyn Əlibəyli haqda 7, Hafiz Hacıyev haqda 5, Fazil Qəzənfəroğlu haqda 2, Fuad Əliyev haqda 1 yazı dərc edilib. Yazıların bir hissəsi namizədlərin lehinə, digər hissəsi isə əleyhinə olub. Koalisiyanın hesabatında təbliğat-təşviqat kampaniyasının bir hissəsinin geridə qalmasına baxmayaraq, hələ də namizədlərin geniş təbliğatı və platformasına rast gəlinmədiyin bildirilir. /APA/
 Ətraflı
Tarix: 27 Sentyabr 2008   |  Oxunub: 154 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
MSK nəzdində yaradılan mətbuat qrupu Ümid Partiyasının müraciətlərini müzakirə edib
'MSKMərkəzi Seçki Komissiyasının (MSK) nəzdində mətbuat qrupunun bu gün keçirilən iclasında Ümid Partiyasının müraciətlərinə baxılıb. APA-nın məlumatına görə, qrupun sədri Azər Tağıyev bildirib ki, Ümid Partiyası müraciətində bildirib ki, Yeni Azərbaycan Partiyasının MSK-dakı məşvərətçi səs hüquqlu üzvü Aydın Mirzəzadə qurumun qəbul etdiyi təlimata zidd olaraq İctimai Radioda təbliğat çıxışı edib. Qrupun üzvü Fuad Cavadov isə bildirib ki, A. Mirzədadə MSK-da məşvərətçi səs hüquqlu üzv olmaqla bərabər, həm də YAP-ın namizədi İlham Əliyevin vəkilidir. Digər tərəfdən o Seçki Məcəlləsində məşvərətçi səs hüquqlu üzvün təbliğat aparmasının qadağan olunmadığını qeyd edib: “Yalnız həlledici səs hüquqlu üzvlərin təbliğat aparması qadağan edilir”. Qrupun üzvü Almas Qəhrəmanov isə bildirib ki, namizədin 50 vəkili olduğu halda məşvərətçi səs hüquqlu üzvün təbliğat aparmasına ehtiyac yoxdur. Ümid Partiyasının prezidentliyə namizədinin səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədli isə bu addımın presedent yaradacağını və sonrakı mərhələlərdə digər bu hüquqlu şəxslərin də aktiv olaraq təbliğat kampaniyasına qoşulacağını qeyd edilib. İclasda həmçinin, Ümid Partiyasının Müasir Müsavat Partiyası ilə bağlı müraciətinə baxılıb. Müraciətdə partiyanın MSK-dakı məşvərətçi səs hüquqlu üzvü Faiq Baxşəliyevin İTV rəhbərliyini aldadaraq özünü səlahiyyətli nümayəndə kimi təqdim etdiyini və çıxış etdiyi bildirilib. İclasda iştirak edən F. Baxşəliyev bildirib ki, müraciətdə qeyd olunanlar həqiqətə uyğun deyil: “Mən İTV-də məşvərətçi səs hüquqlu vəsiqəsini təqdim etmişəm”. Ümid Partiyasının hər iki müraciəti əsassız hesab edilib. Mətbuat qrupunun üzvləri Almas Qəhrəmanlı və Məhəbbət Orucov isə MMP-nin namizədi Hafiz Hacıyevin televiziyada efirə yaraşmayan çıxışlar etdiyini, təhqirlər səsləndirdiyini bildirərək bu məsələnin qiymətləndirilməsini xahiş ediblər. A. Tağıyev İTV rəhbərliyindən H. Hacıyevin çıxışlarını MSK-ya təqdim etməsini istəyib. Növbəti iclasda namizədin çıxışlarına baxılacaq və qiymətləndiriləcək. /APA/
 Ətraflı
Tarix: 27 Sentyabr 2008   |  Oxunub: 135 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Fuad Əliyevin təbliğat materiallarının dəyişdirilməsinə başlanılıb
'FuadMərkəzi Seçki Komissiyası (MSK) prezidentləri namizəd, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə müraciət edib. APA-nın məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, F. Əliyev təşviqat şəkillərində rekvizitləri göstərməyib. A. Sarıyev bildirib ki, bu qanunun müddəalarına ziddir və müraciətdən sonra F. Əliyevin həmin şəkilləri öz partiyası tərəfindən təbliğat lövhələrindən yığışdırılır, onun yerinə isə rekvizitlər göstərilən yeni şəkillər yapışdırılır. A. Sarıyevin sözlərinə görə, prezidentliyə namizədlər çap etdirdikləri bütün təşviqat materiallarının bir nüsxəsini MSK-ya təqdim edirlər. O seçkiyə qatılmış 7 namizədin 6-nın artıq bu materialları quruma təqdim etdiyini bildirib. Yalnız Qulamhüseyn Əlibəyli hələlik heç bir təşviqat materialı çap etməyib. /APA/
 Ətraflı
Tarix: 27 Sentyabr 2008   |  Oxunub: 130 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın QHT Koalisiyası prezident seçkisini 1500 müşahidəçi ilə izləyəcək
'Az601;rbaycan305;nAzərbaycanın «Seçki 2008» QHT koalisiyası 1500 nəfər müşahidəçi ilə prezident seçkisini izləyəcək. Koalisiyadan cümə günü Trend News- a verilən məlumata əsasən, müşahidəçilər 60 seçki dairəsində müşahidə aparacaq.

«Seçki 2008» QHT Koalisiyası prezident seçkilərində ictimai fəallığın artırılması məqsədi ilə bu ilin avqustunda yaradılıb. Koalisiya «İnam» Plüralizm Mərkəzi, Multimedia İnformasiyalar Sistemi və Texnologiyaları Mərkəzi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Mətbuat Şurası İdarə Heyətinin üzvü Umud Rəhimoğlu və KASKFEN-nin sədri Azər Həsrət tərəfindən təsis edilib.

Koalisiyanın müşahidə aparacağı seçki dairələri Azərbaycanın altı bölgəsini - Qarabağ, Aran, Gəncəbasar, Şimal, Cənub və Bakını əhatə edəcək.

Koalisiyanın prezident seçkisilə bağlı ilkin rəyi oktyabrın 16 - da açıqlanacaq.

Məlumatda o da bildirilib ki, «Seçki 2008» QHT Koalisiyasının üzvləri seçkiöncəsi vəziyyətlə tanış olmaq üçün Bərdə, Goranboy, Gəncə, Tovuz və Qazaxa səfər ediblər. Koalisiya üzvləri seçki məntəqələrində seçici siyahıları ilə tanış olublar. Bəzi qaçqın düşərgələrinə yaxın məntəqələrdə siyahıların dəqiqləşdirilməsi prosesində problemlər üzə çıxarılıb. /Trend/
 Ətraflı
Tarix: 27 Sentyabr 2008   |  Oxunub: 177 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Danimarkadan Azərbaycana şəffaf seçki qutuları və ultra-bənövşəyi detektorlar gətirilib
'DanimarkadanAzərbaycanda keçiriləcək prezident seçkisində istifadə olunacaq gözlə görünməyən mürəkkəb, əlavə şəffaf seçki qutuları və ultra-bənövşəyi detektorlar (lampalar) Danimarkadan Azərbaycana gətirilib.

«Artıq seçki ləvazimatlarının Dairə və Məntəqə seçki komissiyalarına paylanmasına başlanılıb», cümə günü Trend News-a Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.

Azərbaycana ilk şəffaf seçki qutuları 2003-cü il prezident seçkisində gətirilib və tətbiq olunub.

Azərbaycanda 5 000-dən artıq seçki məntəqəsi fəaliyyət göstərir. Hər məntəqəyə bir daşınan və daşınmaz şəffaf qutu qoyulur.

Qasımov qeyd edib ki, seçicilərin sayından asılı olaraq hər seçki məntəqəsinə 1, 2 və 3 gözlə görünməyən mürəkkəb balonu veriləcək.

Onun sözlərinə görə, Azərbaycana şəffaf seçki qutuları və ultra-bənövşəyi detektorlar 2005-ci ilin parlament seçkisi dövründə gətirilib: «Bu il gətirilənlər əlavədir». /Trend/
 Ətraflı
Tarix: 27 Sentyabr 2008   |  Oxunub: 155 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycan qadınları İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər
'Az601;rbaycanAzərbaycan qadınları qarşıdakı prezident seçkisində hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər. Bu barədə cümə günü Azərbaycan qadınlarının III qurultayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Hüseynovanın sözlərinə görə, Azərbaycan qadınları ictimai-sosial stabilliyin təminatı, iqtisadiyyatın sürətli inkişafı və sosial problemlərin həlli mövqeyindən çıxış edirlər.

«Azərbaycan qadınları seçkidə Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənən siyasi kursu dəstəkləyəcəklər», - deyə o bildirib.

Hüseynovanın sözlərinə görə, seçki günü bütün seçicilərin yarıdan çoxunu təşkil edən qadın seçicilər siyasi fəallıq göstərəcəklər. /Trend/
 Ətraflı
Tarix: 27 Sentyabr 2008   |  Oxunub: 143 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Fazil Qəzənfəroğlunun seçicilərlə görüşü ilə bağlı təhlükəsizlik işləri görülüb
'FazilAzərbaycanın prezidentliyə namizədi, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu təbliğat-təşviqat kampaniyası çərçivəsində sentyabrın 28-də (paytaxt Bakıdan 365 kilometr qərbdə) Gəncədə seçicilərlə görüş keçirəcək. Bu barədə cümə günü Trend News-a Gəncə şəhər İcra Hakimiyyətinin İçtimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Ruslan Qardaşov məlumat verib.

Qardaşovun bildirdiyinə görə, Qəzənfəroğlunun Gəncədə görüş keçirməsi üçün artıq yer müəyyən olunub. Prezidentliyə namizəd Gəncənin Füzuli parkında yerləşən qapalı yerdə görüş keçirəcək. Seçicilərlə görüşün təhlükəsizliyi üçün hər bir şərait yaradılıb.

Onun bildirdiyinə görə, ümumilikdə Gəncədə namizədlərin görüş keçirmələri üçün 80 yer ayrılıb ki, onlardan da 42-si qapalı, 38-i isə açıq şəraitdədir. /Trend/
 Ətraflı
Tarix: 27 Sentyabr 2008   |  Oxunub: 123 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
AVCİYA Sumqayıt Universitetində seminar keçirdi
'AVC304;YAAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Prezident seçkiləri ərəfəsi Respublikanın 12 regional mərkəzində müşahidəçilərə treninqlər başa vurduqdan sonra seçki maarifçiliyi ilə bağlı yeni layihənin icrasına başlayıb.
Bu gün assosiasiyanın üzvləri Sumqayıt Dövlət Universitetində seminar keçirdi. 100-dən artıq tələbə və müəllimin qatıldığı seminarda Venesiya komissiyasının tövsiyələri, Seçki Məcəlləsinə edilən dəyişiklər, seçici fəallığının artırılması yolları, seçkilərin ədalətli və şəffaf keçirilməsində maarifçilik işinin əhəmiyyəti, müşahidəçilərin hüquq və vəzifələri, “exit-poll”, “quick-count” tədqiqatları və s. məsələlər müzakirə olunmuşdur. Tədbirdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərəm Zülfüqarlı, AVCİYA-nın təmsilçiləri Ramil Qasımzadə və Osman Ağayev çıxış edərək seminar iştirakçılarının suallarına cavab vermişlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə AVCİYA «Prezident və bələdiyyə seçkilərində seçici fəallığının artırılması, seçkilərin ədalətli və şəffaf keçirilməsinə kömək məqsədilə maarifçilik işinin təşkili» mövzusunda regionlarda tədbirləri davam etdirir.
 Ətraflı
Tarix: 26 Sentyabr 2008   |  Oxunub: 142 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanda yeni siyasi partiya yaradılır
'Az601;rbaycandaAzərbaycan Sosial Demokrat Partiyası (ASDP) Mərkəzi Komitəsi Bürosunun sabiq üzvü, partiyanın keçmiş ideologiya katibi Elşən Manafov Azərbaycan Demokratik Sol Partiyasının (ADSP) Təşəbbüs Qrupunu yaradıb. Bu barədə APA-ya E. Manafov məlumat verib. O bildirib ki, prezident seçkisindən sonra təşkilat komitəsi formalaşdırılacaq: “Partiyanın proqramı üzərində iş gedir. Çalışırıq ki, partiyanın sənədlərində beynəlxalq təcrübə nəzərə alınsın”. E. Manafovun sözlərinə görə, Təşəbbüs Qrupunda ASDP üzvləri də var: “ASDP-yə mənə görə üzv olanlar bu partiyanı tərk edəcəklər”. E. Manafov digər sol təmayüllü partiyalarla danışıqlar apardıqlarını da söyləyib: “Danışıqlar apardığım partiyalar arasında iqtidaryönümlü partiyaların toplaşdığı Məşvərət Məclisində təmsil olunan qurumlar da var”./APA/
 Ətraflı
Tarix: 26 Sentyabr 2008   |  Oxunub: 134 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Geri dön << 1 2 3 ... 20 21 22 >> İrəli
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net