Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı MSK-nın nəzdində Mətbuat Qrupu yaradılıb
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı MSK-nın nəzdində Mətbuat Qrupu yaradılıbMərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürmüş “Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədovun müraciətinə baxılıb. Onun namizədliyi təsdiq edildikdən sonra seçkilər zamanı mətbuatda təbliğat-təşviqat kampaniyasına nəzarət etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində Mətbuat Qrupu yaradılıb.

MSK katibi Natiq Məmmədov bildirib ki, qurumda MSK üzvləri Azər Tağıyev, Almas Qəhrəmanova, Fuad Cavadov, MSK-nın mətbuat xidməti, telekanallardan “AzTV”, ANS, “Space”, “Lider”, İTV, informasiya agentliklərindən “AzərTAc”, APA, “Olaylar”, “Turan”, qəzetlərdən “Yeni Müsavat”, “525-ci qəzet” və “Azərbaycan”ın təmsil olunması nəzərdə tutulub.

İclasda, həmçinin, bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilib. /APA/
 Ətraflı
Tarix: 5 Sentyabr 2008   |  Oxunub: 141 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Araz Əlizadə əməkdaşlıq təşəbbüsü ilə çıxış edən partiyaları müxalifət hesab etmir
'Araz“Müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması ilə bağlı Sosial Demokrat Partiyasına müraciət edilsə, rədd cavabı alacaqlar”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib. O bildirib ki, bu təşəbbüslə çıxış edən partiyaları müxalifət hesab etmir: “Onlar nə vaxtdan müxalifət olub? Kim istəyir, bir-birinə qoşulub nəsə yaratsın. Biz “xala-xala” oyunu oynamırıq. Onların təşəbbüsü “Ölü ölüyə dedi ki, gəl məni basdır” misalına bənzəyir”.
A. Əlizadə prezident seçkisinin yekunları ilə bağlı müxalifətin hər hansı sənədinin hazırlanmasını da əhəmiyyətsiz hesab edir: “Seçki prosesinə dair sənədin əhəmiyyəti yoxdur. Mən bu adamları 20 ildir, tanıyıram. Onlar nə qədər gücənsələr, nə qədər çalışsalar da, demokratiyaya aid heç nə əldə edə bilməyəcəklər. Digər tərəfdən, hakimiyyət əllərində idi də, niyə gələn kimi xalqı talamağa, rüşvət almağa başladılar, demokratiyanın qurulması üçün heç bir zəruri addım atmadılar?..”
ASDP həmsədrinin sözlərinə görə, hazırda ölkədə demokratik seçkilər keçirilsə, İlham Əliyev şübhəsiz qalib gələcək. /APA/
 Ətraflı
Tarix: 5 Sentyabr 2008   |  Oxunub: 152 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
ADP prezident seçkilərinin gedişini müşahidə etməyəcək
'ADPAzərbaycan Demokrat Partiyası (ADP) oktyabrın 15-də keçiriləcək prezident seçkilərini müşahidə etmək fikrindən daşınıb. Partiyanın sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, seçkilər elan olunana qədər ADP bu prosesi müşahidə etməyə ciddi hazırlaşıb və ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu ilə birgə təlimlərdə olub: “ADP seçkilərdə hər hansı bir şəkildə iştirak etməmək haqqında qərar qəbul edib. Bu qərar həm də seçkilərin müşahidəsi ilə bağlıdır. Bir halda ki seçkidə iştirak etmiriksə, nəyə görə seçkini müşahidə etməliyik?” Qeyd edək ki, digər partiyalar seçkiləri boykot etsə də, onlar səsvermənin gedişini müşahidə etmək niyyətindədirlər. /APA/
 Ətraflı
Tarix: 5 Sentyabr 2008   |  Oxunub: 133 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycan prezidenliyinə dörd iddiaçı namizədliyini geri götürüb
'Az601;rbaycanAzərbaycan prezidentliyinə dörd iddiaçı namizədliyini geri götürüb. “"Mədəniyyət" qəzetinin məsləhətçisi Teymur Quliyev, Təhsil Nazirliyinin elmi - metodik jurnalının şöbə redaktoru Fikrət Əhədov, “Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədov və Fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaqov prezidentliyə namizədliklərini geri götürüblər", - Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov cümə axşamı jurnalistlərə bildirib.

Məmmədovun sözlərinə görə, Teymur Quliyev Cənubi Qafqazda vəziyyətin mürəkkəbləşdiyini, Fikrət Əhədov və isə İntiqam Məmmədov, namizədliyin qeydə alınmasına tələb olunan 40 min imzanı toplaya bilmədiklərini, Qüdrət İsaqov namizədliyini indiki prezident, Yeni Azərbaycan Partiyasının ali dövlət postuna namizədi İlham Əliyevin lehinə namizədliyini geri götürməsinin səbəbi kimi göstəriblər. Hər dörd ərizəyə baxıldıqdan sonra, MSK adı çəkilən şəxslərin namizədliyinin ləğv olunması barədə qərar qəbul edib. /Trend/
 Ətraflı
Tarix: 5 Sentyabr 2008   |  Oxunub: 127 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanda prezidentliyə daha bir namizəd imzatoplama kampaniyasını başa çatdırıb
'Az601;rbaycandaAzərbaycanda keçiriləcək prezident seçkisində iştirak etmək üçün öz namizədliyini irəli sürən Qulamhüseyn Əlibəyli imzatoplama kampaniyasını başa çatdırıb.
«Cümə günü imzaları Mərkəzi Seçki Komisiyasına təqdim edəcəyik» - cümə axşamı Trend News-a müxalifəti təmsil edən Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəylinin seçki qərargahının rəhbəri Qorxmaz İbrahimli bildirib.

İbrahimli qeyd edib ki, 50 minə yaxın imza toplayıblar: «Hazırda topladığımız imzaları yoxlayırıq və sabah bunu başa çatdıracağıq. İmzalar Azərbaycanın bütün bölgələrindən toplanıb». /Trend/
 Ətraflı
Tarix: 5 Sentyabr 2008   |  Oxunub: 147 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Avropa Şurasının müşahidə missiyası Azərbaycana səfər etməyi planlaşdırır
Avropa Şurasının müşahidə missiyası Azərbaycana səfər etməyi planlaşdırırAzərbaycanda qarşıdakı prezident seçkisinin gedişini izləyəcək Avropa Şurasının (AŞ) müşahidə missiyası sentyabrın 15-də Bakıya səfərə gələcək. Bu barədə çərşənbə günü jurnalistlərə AŞ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Veronika Kotek bildirib.
AŞ missiyasına Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel rəhbərlik edəcək.
Oktyabrın 15-nə təyin olunan seçkilərə bir neçə gün qalmış AŞ-nin qısamüddətli monitorinq qrupu Bakıya səfər edəcək.
Azərbaycan Mərkəzi Seçki Komissiyası prezident postuna iddialı 20 nəfərin namizədliyini təsdiq edib. Onlardan ikisinin namizədliyi rəsmi olaraq qeydiyyata alınıb. /Trend/
 Ətraflı
Tarix: 4 Sentyabr 2008   |  Oxunub: 139 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Bu həftə ASDP Mərkəzi Komitəsinin plenumu keçiriləcək
'BuAzərbaycan Sosial Demokrat Partiyasının (ASDP) Mərkəzi Komitəsinin (MK) plenumu sentyabrın 6-da keçiriləcək. ASDP MK-nin Siyasi Bürosunun üzvü Elşən Manafov APA-ya bildirib ki, plenum qurultaya hazırlıq məqsədi daşısa da, partiyadaxili məsələlər də müzakirə predmeti olacaq: “Partiyada tutduğum vəzifədən istefa verməyimlə bağlı ərizəni hələ təqdim etməsəm də, yəqin ki, bu məsələ müzakirə ediləcək. İstənilən halda qurultayın nümayəndəsiyəm və həmin toplantıda öz iradlarımı bildirəcəyəm”. O, partiyanın nizamnaməsindəki bəzi məqamlarda dəyişikliyin zəruriliyini də vurğulayıb: “Qurultayda seçilən bütün partiya funksionerlərinin statusu eyni olmalıdır. Necə olur ki, qurultayda seçilən siyasi büronun üzvü plenumda çıxarılır, amma sədrə bu məsələ şamil olunmur”. Onun sözlərinə görə, partiyanın bütün sferalarında islahatlara ehtiyac var: “Əgər ölkə prezidenti müddətli seçilirsə, partiya sədrlərinin fəaliyyətinə də bir limit müəyyənləşdirilməlidir”. E. Manafov deyib ki, partiyadaxili son proseslərlə bağlı ötən gün ASDP həmsədri Araz Əlizadə ilə də müzakirə aparıb: “Ona bildirdim ki, ASDP ölkədə sol mərkəzçi partiya kimi fəaliyyətini genişləndirmək və nüfuz qazanmaq istəyirsə, idarəçilikdə yeni düşüncə tərzinə ehtiyac var. Hesab edirəm ki, baş verənlər şəxsi münasibətlərimizə xələl gətirməyəcək”. /APA/
 Ətraflı
Tarix: 4 Sentyabr 2008   |  Oxunub: 210 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Böyük Azərbaycan Partiyası Demokratiya Uğrunda İttifaqa üzv qəbul olunub
'B246;y252;kDemokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, yığıncaqda quruma üzv olmaq istəyən partiyaların müraciətlərinə baxılıb və qurumun tərkibinin genişlənməsi məsələsi məqsədəuyğun hesab edilib. Sədrlər Şurasının qərarına əsasən, Böyük Azərbaycan Partiyası (BAP) DUİ-yə üzv qəbul olunub. Yığıncaqda ölkədəki ictimai-siyasi proses, seçki mühiti də müzakirə edilib. Qeyd edək ki, DUİ 2007-ci ildə AMDP, KXCP və Azadlıq Partiyaları tərəfindən təsis olunub. BAP isə 2002-ci ildə yaradılıb, partiyanın sədri Elşad Musayevdir. /APA/
 Ətraflı
Tarix: 4 Sentyabr 2008   |  Oxunub: 136 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
MSK prezident seçkilərini izləyəcək beynəlxalq təşkilatlara dəvət göndərmək prosesini başa çatdırıb
MSK prezident seçkilərini izləyəcək beynəlxalq təşkilatlara dəvət göndərmək prosesini başa çatdırıbMərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləmək üçün beynəlxalq təşkilatlara dəvət göndərmək prosesini başa çatdırıb. MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun APA-ya verdiyi məlumata görə, beynəlxalq təşkilatların bir qismindən cavab məktubları gəlib. ATƏT, MDB, Avropa Şurası və digər qurumlar seçkiləri izləmək üçün müşahidə missiyası göndərəcək: “Artıq ATƏT-in uzunmüddətli müşahidə missiyası Bakıdadır və onlar fəaliyyətə başlayıblar. Çox güman ki, yaxın günlərdə digər beynəlxalq qurumlardan da ölkəmizə uzunmüddətli müşahidə missiyaları gələcək. Onların müşahidə aparması üçün Azərbaycan tərəfindən asılı olan bütün şərait yaradılacaq”. R. Qasımov Azərbaycan MSK-nın əməkdaşlıq etdiyi digər ölkələrin MSK-larını da seçkiyə dəvət edəcəyini bildirib: “Bir çox MSK-la şifahi danışıqlar aparılıb və razılıq əldə edilib. Yaxın günlərdə rəsmi dəvətlər göndəriləcək”. R. Qasımov hələlik MSK-da beynəlxalq müşahidəçilərdən heç kimin qeydiyyatdan keçmədiyini də bildirib. Onun sözlərinə görə, beynəlxalq müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün qalmış yekunlaşacaq. /APA/
 Ətraflı
Tarix: 4 Sentyabr 2008   |  Oxunub: 133 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanda prezident seçkisi ilə bağlı keçirilən sorğunun nəticələri açıqlanıb
'Az601;rbaycandaAzərbaycanın «ELS» Müstəqil Araşdırmalar Mərkəzi avqust ayının birinci yarısında prezident seçkisi ilə əlaqədar, 6 min nəfər arasında keçirdiyi ekspress-rəy sorğusunun nəticələrini açıqlayıb. Mərkəzdən çərşənbə axşamı Trend News-a verilən məlumata əsasən, ekspress-sorğuda iştirak edənlərin 78,3%-i İlham Əliyevi yenidən ölkə prezidenti vəzifəsində görmək istədiklərini bildirib.

Sorğu keçirilənədək namizədliyini irəli sürən vətəndaşlar sırasında isə, 0,1% olmaqla, İqbal Ağazadənin və 0,5% başqalarının adları çəkilib. 11,3% respondent kimə səs verəcəyini gizli saxladığını, 9,8%- i hələ dəqiqləşdirmədiyini söyləyib.

Sorğu zamanı namizədliyin irəli sürülməsinə hələ imkan olduğunu nəzərə alıb, respondentlərdən namizədlər arasında daha kimi görmək istədikləri soruşulub. Sualı cavablandırarkən respondentlərin 2,8%-i İsa Qəmbəri, 1,5%-i Qənirə Paşayeva, 1,2%-i Lalə Şövkət Hacıyeva, 1,0%-i Vəfa Quluzadə və başqalarının adlarını çəkib .

Azərbaycanda ictimai-siyasi vəziyyəti qiymətləndirən respondentlərin əksəriyyəti Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olduğunu bildirib (91,7%). Rəyi soruşulanların yalnız 5,9%-i mövcud vəziyyəti qeyri-sabit hesab edib, 2,4%-i isə vəziyyəti qiymətləndirə bilməyib.

Ekspress-sorğuda respondentlərin 88,9%-i isə, səsvermədə iştirak edəcəyini, 5,0%-i iştirak etməyəcəyini, 6,1%-i isə seçkidə iştirakını hələ dəqiqləşdirmədiyini bildirib.

«Seçkilərin ədalətli keçiriləcəyinə inanırsınızmı?» sualına rəyi soruşulanların 70,9%-i inandığını, 20,0%-i inanmadığını deyib, 9,1%-i isə, cavab verməkdə çətinlik çəkiblər. /Trend/
 Ətraflı
Tarix: 3 Sentyabr 2008   |  Oxunub: 146 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə hər cür şərait yaradılıb – XİN rəhbəri
'Az601;rbaycandaAzərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə hər cür şərait yaradılıb, - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı ATƏT-in Azərbaycanda prezident seçkisini müşahidə edəcək missiyasının rəhbəri Boris Firleslə görüşdə bildirib.

Nazir Azərbaycan və ATƏT-in bu istiqamətdə əməkdaşlığının vacibliyini qeyd edib.

Nazir vurğulayıb ki, demokratiya quruculuğu prosesində olan Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə və demokratiya dəyərlərinə sadiq qalacaq.

Əvvəllər Gürcüstan və Ermənistanda seçkiləri müşahidə edən Firles qeyd edib ki, belə təcrübəsi var. O, müşahidə missiyasının funksiyaları və qarşıdakı prezident seçkisi ilə bağlı planlarını bölüşüb. Missiyanın fəaliyyətinin əsas məqsədi demokratik seçkilərin keçirilməsinə yardım etməkdir,- o bildirib. Firles qeyd edib ki, ATƏT-in müşahidəçi qrupu fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandıracaq. /Trend/
 Ətraflı
Tarix: 3 Sentyabr 2008   |  Oxunub: 134 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın özəl telekanalları prezidentliyə namizədlərin təbliğatına bərabər şərait yaratmalıdır
'Az601;rbaycan305;nAzərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) prezidentliyə namizədlərin teledebatları ilə bağlı mövqeyini açıqlayıb.

«Teledabatlar siyasi təbliğat materialı deyil, kanalların öz verilişləri olmalıdır, ödənişli olmamalıdır», çərşənbə axşamı jurnalistlərə MTRŞ sədri Nurşirəvan Məhərrəmli bildirib.

Məhərrəmlinin sözlərinə görə, siyasi təbliğatla bağlı diskussiyalar, tok-şouların televiziya kanalları və radiostansiyalarının öz verilişlərində olması daha doğru olardı.

«Bu materiallar siyasi təbliğat kimi deyil, sadəcə əhalini məlumatlandırmaq üçün istifadə oluna bilər. Çünki bu, reklam haqqında qanunun tələblərinə daxil deyil», - deyə o bildirib.

Onun bildirdiyinə görə, özəl telekanallarda prezidentliyə namizədlərin təbliğatı ilə bağlı qiymətləri həmin kanalların özləri müəyyənləşdirməlidir.

«Seçki Məcəlləsində bütün namizədlərə bərabər şəraitin yaradılması maddəsi əsas götürülməlidir», - Məhərrəmli bildirib.

Məhərrəmli bildirib ki, namizədlərə ayrılmış efir vaxtı onlar arasında bölünəcək. «Namizədlərin həmin vaxtdan necə istifadə edəcəkləri onların özlərindən asılı olacaq» MTRŞ sədri əlavə edib. /Trend/
 Ətraflı
Tarix: 3 Sentyabr 2008   |  Oxunub: 158 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Geri dön << 1 2 3 ... 18 19 20 21 22 >> İrəli
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net