|
Dekabrın 23-də keçiriləsi bələdiyyə seçkilərində istifadə olunacaq bülletenlərin forması təsdiqlənib. Mərkəzi Seçki Komissiyasının qərarına görə, bülletendə namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yeri, əsas iş və ya xidmət yeri göstəriləcək. Onları irəli sürmüş subyektlərin adı, mənsub olduğu siyasi partiyanın qısa adı da bülletendə yer alacaq. Bülletenlər Milli Məclis Aparatının mətbəəsində dərc olunacaq. Ölkə üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq - 4 729 681 ədəd seçki bülleteni hazırlanacaq. Azərbaycan qəzeti
|