|
Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramında iştirak edən ölkələrə veriləcək maliyyə yardımının miqdarı bəlli olub. APA-nın "BelaPAN" agentliyinə istinadən verdiyi məlumata görə, AB proqram çərçivəsində Ermənistana Azərbaycandan daha çox maliyyə ayıracaq. Ermənistan 98,4 milyon avro, Azərbaycan isə 92 milyon avro alacaq. Ukraynaya 494 milyon, Moldovaya 209,7 milyon, Gürcüstana 120,4 milyon, Belarusa 20 milyon avro veriləcək. Qeyd edək ki, proqram 2010-2013-cü illər üçün nəzərdə tutulub.
|